Şəhid Mübarizi təhqir edən psixoloqa hökm oxundu

Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etməkdə ittiham edilən psixoloq Nərmin Şahmarzadə haqda məhkəmə qərarı verilib. 

 

Hökmə görə, N.Şahmarzadə CM-nin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib 400 saat ictimai işlərinə məhkum edilib. CM-nin 147-ci (böhtan) maddəsilə bəraət verilib.

 

Xatırladaq ki, xüsusi ittihamçının nümayəndəsi Ramil Rüstəmov N. Şahmarzadənin 3 il azadlıqdan məhrum edilməsini istəmişdi.