Əsgərimiz həlak olub

Müdafiə Nazirliyi hərbi qulluqçumuzun həlak olması haqqında məlumat yayıb. Məlumatda Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olduğu bildirilir. Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır. Məlumata görə, o, əslən Şəki şəhərindəndir. C.Məmmədlinin atası idman müəllimi olub, bir müddət öncə ürək əməliyyat olub. Əməliyyat olunduqdan sonra işləyə bilməyib. Əsgərimizin anası evdar qadın olub. 2 bacısı var. Onlar Türkiyədə təhsil alıblar.

Cavidan Məmmədli özü isə qəbul imtahanında 600-dən yuxarı bal toplayaraq universitetlərdən birinə qəbul olub. O, iyul ayında hərbi xidmətdən geri dönəcəkmiş.