Səfir Antonov: ABŞ Kiyevə hərbi yardım göndərməklə “vəziyyəti daha da qızışdırır”

ABŞ Müdafiə Nazirliyi Kiyevə daha 1 milyard dollarlıq hərbi yardım ayırmaqla “vəziyyəti daha da qızışdırır”.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov müvafiq bəyanatı şərh edərkən deyib. 

"Əlavə 1 milyard dolların ayrılması ABŞ-ın böhranın sülh yolu ilə həllinə töhfə vermək niyyətində olmadığını təsdiqləyir. ABŞ-ın yeganə məqsədi münaqişəni mümkün qədər uzatmaq olduğu bir şəraitdə, prinsipcə, dialoqdan necə danışmaq olar, aydın deyil", deyə səfir vurğulayıb.