“Şəffaflıq Azərbaycan” İctimai Birliyinin icraçı direktoru dəyişdirilib

“Şəffaflıq Azərbaycan” İctimai Birliyinin icraçı direktoru dəyişdirilib

Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan Milli Bölməsi - "Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin (İB) icraçı direktoru dəyişdirilib.
 
Bu abrədə "Report”un xəbər verib.
 
Xəbərə görə, icraçı direktor Rəna Səfərəliyeva vəzifəsindən ayrılıb. O, bunu ekspert fəaliyyətilə məşğul olmaq istəməsi ilə izah edib.
 
"Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi İdarə Heyətinin iclası keçirilib. İdarə Heyətinin qərarına əsasən, İB-nin icraçı direktoru vəzifəsinə hüquq müdafiəçisi Əliməmməd Nuriyev seçilib.
 
Ə.Nuriyev bu təyinata qədər "Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi İdarə Heyətinin üzvü olub.

Facebook