Şeyxülislam Allahşükür Paşazadə və Roma Papası arasında görüş olub

Bütün Qafqazın Şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin rəhbərlik etdiyi dinlərarası nümayəndə heyəti Vatikanda Roma Papası I Fransisk ilə biraraya gəliblər.

Az.shafaqna.com-un məlumatına görə, bunu Azərbaycanın Fransadakı və Vatikandakı səfiri Rəhman Mustafayev öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərnə görə, görüş zamanı Cənubi Qafqazda əməkdaşlıq, sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verə biləcək addımlar müzakirə olunub.

Azərbaycanın tolerantlıq və dinlərarası dialoq üzrə siyasəti Vatikan tərəfindən yüksək qiymətləndirilib.

Səfir digər görüşlərdən də fotolar paylaşıb.