Şeyx ən-Nimrin edam edilməsi Ərəbistanın cinayətkar tərəfini dünyaya göstərdi

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Səudiyyə fəalı Məhəmməd əl-Qətifi Şeyx Nimr Baqir əl-Nəmrin edamının yeddinci ildönümü ərəfəsində Twitter səhifəsində paylaşım edib: " Şeyx Nimr Baqir əl-Nəmrin edam edilməsi ilə Səudiyyə rejimi zalım, qatil, terrorçu və təkfirçi üzünün həqiqətini bir daha dünyaya göstərdi. Səud rejimi Şeyx Nimri edam etməklə Səudiyyə xalqına “Kim bizi tənqid etsə, qanını tökəcəyik, Səudiyyə Ərəbistanında ya qul kimi yaşayacaqsan, ya da qoyun kimi başın kəsəcək” mesajını verdi. Şeyx ən-Nimr Səudiyyə Ərəbistanında fəqih idi. Bu ölkədəki etirazlardan sonra o, həbs edilərək “qılıncla edam və açıq çarmıxa çəkilmə” cəzasına məhkum və 2016-cı il yanvarın 2-də edam edildi.”

Xatırladaq ki, Şeyx Nimrin edam edilməsi regionda və müstəqil beynəlxalq təşkilatlarda geniş mənfi reaksiyalara səbəb olmuşdu.