Şeyx İsa Qasim fitnə və qarışıqlıq barədə xəbərdarlıq edib

Bəhreyn dini lideri Şeyx İsa Qasim, düşmənlərin xalq arasında fitnə yarada biləcəyi ilə bağlı xəbərdarlıq bəyanatı yayıb. Operativ.tv-nin Rastxeber-ə istinadən məlumatına görə o, bəyan edib ki, Bəhreyn xalqı, sionist düşmənlə münasibətlərin normallaşmasına haqq qazandırmaq üçün düşmənin aralarında ixtilaf və fitnə yaratmaq cəhdlərindən ehtiyatlı olmalıdır.

Şeyx İsa Qasim açıqlamasında bunları söyləyib: " Hökumətin sionist düşmənlə münasibətləri normallaşdırmaq və siyasi məhbusları azad etmək, hakimiyyətin ölkəni idarə edə bilməməsi səbəbindən insanların öz hüquqlarında israr etməsi dövləti qorxudur”

Şeyx İsa Qasim ifadəsini belə davam etdirib: "Din imicinə xələl gətirmək üçün İŞİD kimi daxili və xarici düşmənlərin İslama qarşı hücumları artıb. Bu səbəblə dində qeyrətli olan hər bir mömin və İslamı istəyən hər bir qurum İslamın insanlığın ədaləti, mərhəməti və xilası olaraq həqiqətini indiki və gələcək nəsillərə öyrətməlidir ki, onlar dinlərinin mahiyyətini anlasınlar "