Seyid Əmmar əl-Həkim vəhdətdən danışdı

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın "Milli Hikmət" hərəkatının Baş katibi Seyid Əmmar əl-Həkim vəhdət ilə bağlı danışıb.   O, bildirib ki, bu gün müsəlmanlar arasında vəhdətin bərpa edilməsi düşmənlər üçün böyük zərbədir.   "Biz vəhdət ilə sadəcə və sadəcə güclənə bilərik. Xalqımızın və müsəlmanların düşmənləri bunu istəmir", - deyə Seyid Əmmar əl-Həkim diqqətə çatdırıb.   Seyid Əmmar əl-Həkim qeyd edib ki, Fələstinin azadlığı belə müsəlmanların vəhdəti ilə mümkün olacaq.