A seriyasında ilk qadın hakim

İtyaliya A seriyasının 8-ci turunda "Sassuolo" - "Salernitana" oyununu qadın hakim Mariya Sole Ferrieri Kaputi idarə edəcək.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu barədə Hakim Təyinatı Şurası məlumat yayıb.

Daha əvvəl ölkənin əsas çempionatının matçlarına qadın hakim təyinatı qeydə alınmayıb. Beləliklə, Mariya A seriyası matçını idarə edən ilk qadın hakim olacaq.

Qeyd edək ki, oktyabrın 2-sində keçiriləcək "Sassuolo" - "Salernitana" qarşılaşması Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.