Serbiya: “Səfirliyimizi Qüdsə köçürməyəcəyik”

Giperssilka.ru YJC-ya istinadən xəbər verir ki, Serbiya prezidenti Aleksandr Vuçiç Fələstin xarici işlər naziri Riyad Əl-Maliki ilə görüşüb.

O, ölkəsinin beynəlxalq hüquqa tam sadiq olduğunu və səfirliyini Qüdsə köçürməyəcəyini vurğulayıb..

Serbiya prezidenti əlavə edib ki, Serbiya Fələstin dəyərlərinə sadiqdir və Fələstin xalqının hüquqlarını müdafiə edir:

“Fələstin Serbiyanı məyus etmədiyi kimi, biz də xəyanət etməmişik və onları məyus etmirik”.

Qeyd edək ki, 1980-ci ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 478 saylı Qətnaməsinə əsasən, Qüdsdəki sionist rejimin bütün hərəkətləri etibarsızdır və 2017-ci ilin dekabr ayında BMT Baş Məclisi Təhlükəsizlik Şurasının qərarına əsasən bütün ölkələri Qüdsdə diplomatik nümayəndəlik və mərkəzlər qurmaqdan çəkinməlidir.