Sepah İran xalqının sayıqlığına görə təşəkkür edib

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah bir bəyanatda İran xalqının son günlər düşmənlərin mütəşəkkil fitnəsini müşayiət etməmə sahəsindəki sayıqlığına görə təşəkkür edib.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, SEPAH-dan bildirilib: Bu gün zahirdə özünü xalqın kədərini çəkən hesab edən yeni təfriqə cərəyanı və əks-inqilabçılar düşmənləri ölkəyə qarşı sanksiya halqasını daraltmağa və hətta ölkəyə hərbi hücuma təşviq edib və edən kəslərdirlər.

Tehran polisinin informasiya mərkəzi cümə axşamı günü- sentyabrın on beşində gənc bir xanımın bir polis mərkəzinə köçürülərkən vəziyyətinin pisləşməsi barədə xəbərlərin yayılmasının ardınca belə elan etdi: İzahat və təlim vermək üçün Tehran polisinin bölmələrindən birinə yönəldilmiş xanım Məhsa Əmini ürək çatışmazlığına düçar oldu ki, dərhal polis və təcili yardımın həmkarlığı ilə xəstəxanaya köçürüldü, amma təəssüflər olsun ki, həyatını itirdi.

Tehran prokuroru Əli Salehi xanım Məhsa Əmininin polis mərkəzlərindən birində vəfat etməsi xəbərinin ardınca prokurorluğun bu işə daxil olduğunu bildirməklə onun tibbi cəhətlərinin araşdırılması üçün xüsus işçi qrupunun yaradılması barədə göstərişin verilməsindən xəbər verdi.

Sepah-ın bəyanatının bir hissəsində deyilir: Xalqın sayıqlığı, oyaq və gözüaçıq olması ilə İslami İranın düşmənləri və müttəfiq əks-inqilabçı cəbhənin uğursuzluqları siyahısına digər bir ibrətamiz məğlubiyyət əlavə olacaq.

Bəynatda sonra deyilir: Qüdrətli polis komandanlığı əziz həmvətənlərin müşayiəti və ölkənin sair kəşfiyyat və təhlükəsilzik qüvvələrinin həmkarlıqları ilə düşmənlərin fitnəsilə uğurlu mübarizənin, həmçinin xalqın və cəmiyyətin asayişi və təhlükəsizliyinin qorunması sahəsindəki başıucalığın digər bir qızılı vərəqini öz iftixarlar işinə əlavə edəcək.

İslam İnqilabı Keşikçiləri Korpusu bu bəyanatda mərhumə Məhsa Əminin ailəsi və qohumlarının kədərilə bölüşüb, məhkəmə hakimiyyətindən istəyibdir ki, cəmiyyətin psixoloji təhlükəsizliyini təhlükəyə salan virtual və real mühitdə şayiə yayan və yalan danışanları üzə çıxarsın və onlarla ibrətamiz, ədalətli və qətiyyətli rəftar etsin.