Sədr tərəfdarları cümə namazı qılmaq üçün İraq parlamentinin qarşısına toplaşıb

İraq mənbələri bildiriblər ki, Sədr hərəkatının lideri ölkənin məhkəmə sisteminin əmri ilə İraq parlamentinin buraxılmasını tələb etdikdən sonra bu hərəkatın tərəfdarları İraq parlamenti ətrafında cümə namazı qılmağa hazırlaşıb.

Operativ.tv İraq mediasına istinadən xəbər verir ki, bu gün (cümə) Sədr hərəkatının tərəfdarları cümə namazını qılmaq üçün yenidən Bağdadın "Yaşıl Zona"sına daxil olub. “Əs-Sumriya” şəbəkəsinin xəbərinə görə, Sədr hərəkatının tərəfdarları bu həftə İraq parlamentinin ətrafında və içərisində cümə namazı qılmağı planlaşdırır. Şəbəkə qeyd edib ki, Sədr hərəkatının tərəfdarları daha əvvəl parlamentin buraxılması və prezident tərəfindən parlament seçkilərinin tarixinin təyin edilməsi zərurətindən şikayət edib və bunu İraq Federal Məhkəməsinə göndərib. Bu şikayət Sədr hərəkatının lideri “Seyid Müqtəda əs-Sədr”in İraq məhkəməsi tərəfindən İraq parlamentinin buraxılmasını tələb etməsindən və bu ölkə prezidentindən növbədənkənar seçkilər üçün vaxt təyin etməyi xahiş etməsindən sonra edilib.