Sədr nümayişlərin təxirə salındığını elan etdi

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İraqdakı Sədr hərəkatının lideri tərəfdarlarının gələn şənbə günü keçirəcəkləri nümayişi təxirə salıb. İraq uzun müddətdir ki, siyasi böhran içərisindədir və bir neçə aylıq parlament seçkilərindən sonra belə yeni prezident və baş nazir hələ seçilməyib. Sədr hərəkatının lideri Müqtəda Sədr dünən verdiyi mesajda şənbə günü keçiriləcək nümayişin təxirə salındığını açıqlayıb. Müqtəda Sədr öz Twitter hesabında yazıb ki, gələn şənbə günü keçiriləcək nümayiş ikinci elana qədər təxirə salınıb, lakin İraq xalqının tələbləri yerinə yetirilənə qədər oturma aksiyası davam edəcək.