Əsədin müşavirindən ABŞ-a reaksiya

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsədin müşaviri Buseyna Şaban ABŞ-ın Suriya neftini və taxılını oğurlamasını böyük bir ölkə üçün utanc adlandırıb. Çin dövlət mediası CGTN-ə danışan Şaban, ABŞ-ın ərəb bölgəsindəki heç bir ölkənin müstəqil olmasını istəmədiyini deyib.  Bəşər Əsədin müşaviri Şaban, ölkəsindəki yanacaq böhranının səbəbini ABŞ-la əlaqələndirib. Suriyanın Neft və Mineral Ehtiyatlar Nazirliyi isə Suriya neftinin 80 faizindən çoxunun ABŞ qüvvələri tərəfindən talan edildiyini iddia edib. Nazirlik, 2022-ci ildə Suriyada gündə orta hesabla 80,300 barel neft hasil edildiyini, ölkənin neft emalı zavoduna isə cəmi 14,200 barel göndərildiyini bildirib. Bu, neft hasilatının 83 faizdən çoxunun itirilməsi deməkdir. Suriyanın ən böyük neft və qaz yataqlarının yerləşdiyi Həsəkə, Raqqa və Deyr əz-Zor bölgələrinin əksəriyyəti ABŞ-ın yük maşınları ilə silah, sursat və həyat ləvazimatları göndərərək açıq şəkildə yardım etdiyi silahlı qrupların nəzarəti altındadır. Suriya rəsmiləri, xüsusən də prezident Bəşər Əsəd tez-tez ABŞ-ın ölkənin təbii sərvətlərini talan etdiyini deyir.

Suriya lideri Əsəd ABŞ-ın ölkə ərazisindən hərəkətlərini “dövlət quldurluğu” kimi qiymətləndirib.