Səbuhi Səlimovun məhkəmə prosesi keçiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə inanclı Səbuhi Səlimovun məhkəmə iclası davam edəcək. İclas saat 15:00-a təyin edilib. Xatırladaq ki, S.Səlimov ötən ilin oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.