Səbuhi Səlimovun məhkəmə iclası davam edib

Avqustun 16-sı Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Səbuhi Səlimovun növbəti məhkəmə iclası keşirilib. Şahidlərin dindirilməsi ilə davam məhkəmədə bir neçə şahid zala dəvət olunub. Xüsusi olaraq Dövlət Təhlükəsizlik Xidmətinin işçiləri şahid qismində gələrək müttəhimin haqqında olan ittihama sübutlar göstərməyə çalışıblar. Məhkəmənin növbəti iclası 6 sentyabr saat 14:30-a təyin edilib.

Xatırladaq ki, Qarabağ qazisi, inanclı fəal Səbuhi Səlimov 2021-ci il oktyabrın 20-də DTX tərəfindən saxlanılıb və haqqında cinayət məcəlləsinin 274-cü maddəsi ilə (dövlətə xəyanət) həbs qəti imkan tədbiri seçilib.