Qarabağ qazisi Səbuhi Səlimovun Apelliyasiya məhkəməsi keçiriləcək. Məlumatı sosial media üzərindən Səbuhi Səlimovun həyat yoldaşı yayıb. Onun yazdığına görə Bakı Apelliyasiya Məhkəməsində baş tutacaq məhkəmə iclası ötən ilin noyabrında dövlətə xəyanətdə ittiham olunaraq 16 il müddətində azadlıqdan məhrum edilən Səbuhi Səlimovun barəsində çıxarılan qərara etiraz olaraq baş tutur. Belə ki, Səlimov da öz həbsini sifarişli adlandıraraq hakimiyyətin şərlənmə aparatı vasitəsi ilə ağır ittihamın qurbanı olduğunu bildirmişdi. Qərarın qurama olduğunu məhkəmə zamanı qeyd edən Səbuhi, ondan apelliyasiya verəcəyini söyləmişdi. Şikayətə fevralın 9-u, saat 09:05-də Bakı Apelliyasi Məhkəməsində baxılacaq.
Qeyd edək ki, S.Səlimov 2021-ci oktyabrın 20-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılmışdı. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunmuşdu. İttihamada Səbuhi Səlimov İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq yer alırdı. 2022-ci il noyabrın 22-də Səlimov Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 16 il müddətinə azadlıqan məhrum edilmişdi.
Səbuhi Səlimovun Apelliyasiya şikayətinə baxılacaq