Sayt dayandırılıbmı?

Maide.az saytnın baş redaktoru Sərdar Babayev və həmən saytda çalışan jurnalist Təmkin Cəfərovun saxlanımasından sonra Maidə saytna giriş məhdudlaşıb. Ötən gündən etibarən isə Faktxeber.com saytı da eyni problemlə üzləşib. Saytların fəaliyyətində yaranan problemin hansı səbəbdən olması dəqiqləşməsə də, onların məlum həbslərlə bağlı dayandırıldığı deyilir. Bu dəqiqələrə qədər mətbu orqanlarına giriş mümkün deyil. Bunun texniki səbəbdən baş verə bilmə ehtimalı da istisna olunmur.