Sarkisyanın yerinə müvəqqəti olaraq o gətirildi

Bu gün Ermənistanda baş nazir Serj Sarkisyanın istefasından sonra bu posta müvəqqəti təyinat olub.

“News.am”a istinadən xəbər verilir ki, hökumətin növbədənkənar iclasında baş nazir vəzifəsinə müvəqqəti olaraq Sarkisyanın müavini Karen Karapetyan gətirilib.

Qeyd edək ki, K.Karapetyan 13 sentyabr 2016-cı ildən 9 aprel 2018-ci ilə qədər bu vəzifəni icra edirdi. Ölkə parlamentli idarəetmə üsuluna keçdikdən sonra 17 apreldə Sarkisyan baş nazir seçilmişdir.