SANA: ABŞ qüvvələri son gündə neftlə dolu 89 maşını Suriyadan çıxarıb

“ABŞ qüvvələrinin müşayiəti ilə neftlə dolu 89 maşın Əlcəzirə bölgəsindən İraqın şimalına aparılıb.”

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə SANA yerli mənbələrə istinadən xəbər verir.

Bildirilib ki, ABŞ qüvvələrinin müşayiəti ilə 89 neft maşınından ibarət karvan əl-Mahmudiyyə keçidindən keçərək İraqın şimalına gedib.

SANA iki gün öncə ABŞ qüvvələrinin 144 neft maşınından ibarət karvanı İraqın şimalına keçirdiyini bildirmişdi.

Qeyd edək ki, ABŞ qüvvələri və separatçı kürd birləşmələri 2014-cü ildən başlayaraq, İŞİD-lə mübarizə adı altında Fəratın şərqini və burada yerləşən neft-qaz yataqlarını zəbt ediblər.