Sami Yusifdən Azərbaycana dəstək tviti

Əslən Cənubi Azərbaycandan olan Böyük Britaniyanın məşhur müğənnisi Sami Yusif tvitterdə Azərbaycanla bağlı paylaşım edib.

Sənətçi “Qarabağ Azərbaycanındır” həştaqından istifadə edərək son günlər cəbhədə baş verən döyüşlərə münasibət bildirib.

“Bütün düşüncələr və dualarım sevimli Azərbaycan üçündür”, - deyə S. Yusif qeyd edib.