Salman Rüşdiyə hücum edən Hadi Mətar: “Mənim İranla heç bir əlaqəm yoxdur”

Operativ.tv-nin xarici mətbuata istinadən yaydığı məlumata görə “Şeytan ayələri” kitabının müəllifi Salman Rüşdiyə hücum edən Hadi Mətar son müsahibəsində İranla heç bir əlaqəsinin olmadığını bildirib.

“New York Post” qəzetinin məlumatına görə, Hadi Mətar cümə axşamı bu jurnala verdiyi müsahibədə İranla əlaqəsi ilə bağlı iddialara “Ayətullah Ruhullah Xomeyniyə hörmət edirəm, lakin onun fitvasından ilham aldığımı deyə bilmərəm” deyə cavab verib. Digər tərəfdən, ABŞ polisi Mətarın hücumda tamamilə fərdi hərəkət etdiyini bildirib. ABŞ media mənbələri Mətarın Livan əsilli olduğunu, Kaliforniyada doğulduğunu və bu yaxınlarda Nyu Cersi ştatına köçdüyünü açıqlayıb. Prokurorun sözlərinə görə, 24 yaşlı Mətar planlaşdırdığı hücumda Rüşdini 10 bıçaq zərbəsi ilə yaralayıb. CNN-in daha əvvəl dərc etdiyi bir xəbərdə adının açıqlanmasını istəməyən bir Hizbullah rəsmisinin bu ABŞ xəbər kanalına “Şeytan ayələri” kitabının müəllifinə hücumla bağlı Hizbullahın hər hansı məlumatı olub-olmaması sualına cavab olaraq “ Bu məsələ ilə bağlı mətbuatda gedən məlumatlardan başqa heç nə bilmirik, ona görə də hər hansı şərh verməyəcəyik”-söyləyib.