Salman Rüşdini bıçaqlayan şəxs məhkəmə qarşısına çıxarılıb

Yazıçı Salman Rüşdini bıçaqlayan şəxs Hadi Matar ikinci dərəcəli adam öldürməyə cəhd və ikinci dərəcəli hücumda ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, bu barədə əyalət polisi məlumat yayıb.Bildirilib ki, Hadi Matarın mühakiməsi bu gün baş tutub və o, zaminə buraxılmadan “Chautauqua County” həbsxanasına göndərilib.