Əsaibi Əhli Haqq Hərəkatından mühüm bəyanat: Gərginlik yalnız düşmənin xeyrinədir

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İraqın Əsaib Əhli Haqq Hərəkatının baş katibi vurğulayıb ki, gərginlik və böhran yaratmaq yalnız bütün iraqlıları pusquya salan ümumi düşmənin xeyrinədir. Əsaib Əhli Haqq Hərəkatının baş katibi Qeys əl-Xəzali Twitter hesabından verdiyi açıqlamada "Bütün səmimiyyət və təkidlə, hamınızdan gərginlik yaradan yollara tez bir zamanda son qoymağınızı xahiş edirəm. Hamımız qardaşıq və düşmənimiz bir olacaq qalacaq”-bildirib. Qeys əl-Xəzali  fikirlərini "Gərginlik və böhranlar yaratmaq yalnız hamımızın ümumi düşmənin xeyrinədir"-ifadəsi ilə davam etdirib və bildirib ki: “Bəli, özünüzü müdafiə etmək və sizə qarşı hər hansı şübhələri araşdırmaq  hüququnuz var, lakin bu, hücum etmək və başqalarının əleyhinə danışmaq demək deyil.”

Xatırladaq ki, İraq uzun müddətdir siyasi böhran içərisindədir və parlament seçkilərinin keçirilməsindən bir neçə ay sonra yeni prezident və baş nazir hələ seçilməyib. Bəzi qruplar belə vəziyyətdə diskriminasiya xarakterli addımlar atırlar.