Şahmat Olimpiadası: Azərbaycan komandaları sonuncu oyunlarına çıxır

Kişi və qadınlardan ibarət Azərbaycan millisi bu gün Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında sonuncu görüşlərini keçirir.

Operativ.tv Report-a istinadən məlumatına görə, kişilərdən ibarət yığma XI turda Serbiya ilə, qadınlar isə Gürcüstanın müvafiq kollektivi ilə üz-üzə gəlir.

XI tur

Azərbaycan – Serbiya

Şəhriyar Məmmədyarov – Aleksandar İndyiç

Rauf Məmmədov – Velimir İviç

Qədir Hüseynov – Robert Markus

Vasif Durarbəyli – İvan İvanişeviç

Azərbaycan – Gürcüstan

Günay Məmmədzadə – Nana Caqnidze

Xanım Balacayeva – Nino Batsiaşvili

Gövhər Beydullayeva – Lela Cavaxişvili

Ülviyyə Fətəliyeva – Meri Arabidze

Qeyd edək ki, kişilərdən ibarət yığma hazırda 14 xalla 16-cı, qadınlar isə 16 xalla 3-cü pillədə qərarlaşıb. Kişilər millisi ən yaxşı halda bürünc medal qazana bilər. Azərbaycanın qadınlar yığması isə tarixdə ilk dəfə Olimpiadanın qalibi olmağa yaxındır.