Şagirdlər yanğın təhlükəsizliyi qaydaları haqqında məlumatlandırılıb

Şagirdlər yanğın təhlükəsizliyi qaydaları haqqında məlumatlandırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birgə aprelin 22-də paytaxtın Nəsimi rayonunda yerləşən 151 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirib.

 

FHN-dən bildiriblər ki, tədbirdə “Yanğın təhlükəsizliyi qaydalarına riayət edin”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 - qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Zəlzələ zamanı davranış qaydaları” mövzularında slaydlar təqdim edilib.

 

Toplantıda yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib, ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi (təxliyə) planlarının və hər bir sinif otağı üçün yanğın təhlükəsizliyi qaydalarına dair yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına (hovuzlar, kəmərlər, çənlər, hidrantlar) qayğı ilə yanaşılmasının vacibliyi diqqətə çatdırılıb.

 

Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri, bukletlər paylanılıb.

Facebook