Sabirabadda korrupsiya əməliyyatı keçirildi - saxlanılanlar var

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ötən gün Sabirabad rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Operativ.tv "Unikal"-a istinadən məlumatına görə, idarə əməkdaşları əməliyyat zamanı Sabirabad rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin müdiri-baş memarı Qasımov Müşviq Vidadi oğlu saxlanılıb.

M. Qasımovun rüşvət alarkən yaxalandığı bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, qeyd edilən faktla bağlı ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovdur.