Sabahdan Azərbaycanda Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılır

Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna sabahdan başlanılır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib. O qeyd edib ki, Həcc ziyarətinin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir.