Sabah Azərbaycanda hava necə olacaq?

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
 
Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 10-14, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında
 
Dekabrın 18-də hava əsasən yağmursuz keşəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.