Sabah Azərbaycan və İran XİN rəhbərləri Tehranda görüşəcək

Sabah İran və Azərbaycanın xarici işlər nazirlərinin Tehranda görüşü keçiriləcək. 

Operativ.tv "Unikal"-a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş İran Xarici İşlər Nazirliyində baş tutacaq. Azərbaycanın xarici işlər naziri iranlı həmkarının dəvəti ilə Tehrana gedəcək.