Saakaşvilinin məhkəməsi zamanı 15 nəfər saxlanılıb

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin məhkəməsinin keçirildiyi ərazidə təşkil olunan aksiya zamanı 15 nəfər saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polisin qanuni tələbinə riayət etməyən və zorakılığa yol verən etirazçılar proporsional güc tətbiq edilməklə saxlanılıb. Saxlanılanlar arasında müxalifət lideri Gigi Uqulavanın olduğu da bildirilir.