Rusiyanın onlarla diplomatı gələn il ABŞ-ı tərk edəcək

Gələn il yanvarın 30-da Rusiyanın 30-dək diplomatı ABŞ-ı tərk edəcək. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

Səfir 2022-ci ilin iyulunda daha 27 diplomatın ABŞ-ı tərk edəcəyini vurğulayıb.

Onun sözlərinə görə, diplomatların həyat yoldaşları akkreditasiyadan keçir, uşaqlarına viza verilmir: "Bu səbəbdən diplomatlar özləri də Vaşinqtonu tərk etməkdə israrlıdır".