Rusiyadan Türkiyəyə mesaj: Qorbaçov kimi aldada bilərsiniz

Rusiyalı siyasətçi Leonid Slutski Türkiyənin Qorbaçov kimi Qərb tərəfindən aldadıla biləcəyini iddia edib.
Operativ.tv CUMHURİYET-ə istinadən xəbər verir ki, Rusiya Duması Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədr müavini Leonid Slutski Türkiyə, Finlandiya və İsveç arasında imzalanan üçtərəfli Anlaşma Memorandumunu dəyərləndirib.
Leonid Slutski Türkiyənin keçmiş SSRİ lideri Mixail Qorbaçovun dövründə olduğu kimi aldadıla biləcəyini vurğulayıb.
Madriddə imzalanan Anlaşma Memorandumuna toxunan Slutski, "Türkiyənin yerində olsaydım, yaltaqlanmazdım" deyib.
Qərb liderlərinin Sovet İttifaqının son lideri Mixail Qorbaçova NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair şifahi vədlərini xatırladan Slutski, “Qorbaçova bəzi vədlər verildi (NATO-nun şərqə doğru genişlənməyəcəyi ilə bağlı)." deyib.