Rusiyadan Gürcüstana keçmək üçün 2,3 mindən çox avtomobil növbə gözləyir

Operativ.tv Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Rusiyanın Gürcüstanla sərhəddə yerləşən Yuxarı Lars keçid məntəqəsindən keçmək üçün 2,3 mindən çox avtomobil növbə gözləyir.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimali Osetiya Respublikası üzrə mətbuat xidməti məlumat yayıb.

“Bu gün respublika ərazisində Şimali Osetiyaya gələn və “Yuxarı Lars” keçid məntəqəsindən keçmək üçün növbə gözləyən sərnişin avtomobillərinin xeyli yığılması müşahidə olunur. Ümumilikdə təxminən 2300 avtomobil sərhəddə növbə gözləyir”, – mətbuat xidməti bildirib.

“Dövlət Yol Müfəttişliyi Rusiya Federasiyasının hüdudlarından kənara çıxmaqdan çəkinməyi tövsiyə edir”, – deyə məlumatda qeyd olunub.