Rusiyadan Ermənistana daha 20 təyyarə uçub

Rusiya sülhməramlılarını və hərbi texnikasını gətirən daha 20 hərbi təyyarə Yerevana enib.

15-ci Rusiya sülhməramlı briqadasının hərbi bölmələrinin şəxsi heyətinin və zirehli maşınların olduğu iki "An-124” və "İl-76” tipli 18 hərbi nəqliyyat təyyarəsi noyabrın 16-da Yerevana enib.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunub ki, Ermənistana gətirilmiş 58 avadanlıq zirehli personal daşıyıcılardan, yük maşınlarından, avtosisternlərdən, ekskavatorlardan və digər maddi-texniki avadanlıqlardan ibarətdir.

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin odlu silahlı 1 960 hərbi qulluqçudan, 90 hərbi zirehli texnikadan, 380 ədəd avtomobil və xüsusi texnikalardan ibarət olacağı bildirilmişdi.