Rusiyada yanğında itkin düşənlərdən 3-ü sağ qalıb

Rusiyada ticarət mərkəzində baş verən yanğında itkin düşdüyü bildirilən 67 nəfərdən 3-ü sağ olaraq tapılıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Bununla da, Kemerovada ticarət mərkəzində baş verən yanğında itkin düşənlərin, o cümlədən ölənlərin sayı 64 olub.

Xatırladaq ki, dördmərtəbəli ticarət-əyləncə mərkəzindəki yanğında ölən 64 nəfərdən 41-i uşaq  olub.