Rusiyada terrora hazırlaşan məktəblilər ittihamdan imtina etdilər

Rusiyanın Saratov vilayətindəki məktəblərin birində terror hazırlamaqda şübhəli bilinən iki yeniyetmə belə bir cinayətə hazırlaşdıqları barədə ittihamı rədd edib. RİA Novosti xəbər verir ki, bu barədə bölgədəki uşaq hüquqları üzrə komissar Tatyana Zaqorodnaya məlumat verib.

 

"Onlar özləri də kamera qarşısında nə dediklərini, necə dediklərini bilmirlər. Ancaq indi deyirlər ki, heç kəsi öldürmək niyyətində deyillər", - o bildirib.

 

Ombudsmanın sözlərinə görə, yeniyetmələr məktəbdə həmyaşıdları tərəfindən təcavüzə məruz qalıblar: “Oğlanlar yüksək səslə, açıq şəkildə, bütün vicdanlı insanlarla incik olduqlarını söylədilər. Onları sıxıblar, döyüblər, gülüvlər. Qəzəb böyüyüb. Anaları deyib: böyüklərlə danışın, amma oğlanlar böyüklərə inanmayıblar. Ana məktəb direktoruna deyib. Ancaq dəstək ala bilməyib.”

 

Fevralın 26-da Rusiya Federal Təhlükəsizlik Xidməti Saratovdakı bir məktəbə iki yeniyetmənin silahlı hücumunun qarşısını aldığını açıqlayıb. Kütləvi qətl ideologiyasını təbliğ edən internet icmalarının üzvü olan 2005-ci il təvəllüdlü iki Rusiya vətəndaşı saxlanılıb. Onları tərk edilmiş bomba sığınacağının ərazisində lüləsi kəsilmiş ov tüfəngi ilə saxlayıblar.

 

Daha sonra dindirilmənin videosu yayılıb, orada yeniyetmələrdən biri 40 nəfəri öldürməyi planlaşdırdıqlarını söyləyib. Onun sözlərinə görə, hücum may ayına planlaşdırblarmış.