Rusiyada məmur diz çöküb xalqdan üzr istədi - Rusiya

Altmış dörd nəfərin ticarət mərkəzində yanaraq öldüyü Kemerov vilayətinin vitse-qubernatoru Sergey Çivilev diz çökərək üzr istəyib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, əyalətin əsas meydanında yeddi saat davam edən mitinqdən sonra vitse-qubernator iştirakçılara səslənib. “Mən sizdən üzr istəyirəm” deyərək Çivilev gözlənilmədən diz çöküb. İnsanlar isə onun bu addımını alqışlayıblar və daha sonra bir çoxu meydanı tərk etməyə razı olub.