Rusiyada Konstitusiyanın prezidentlik müddəti ilə bağlı maddəsi dəyişdirilir

Rusiya prezidenti Vladimir Putinin Dövlət Dumasına təqdim etdiyi Konstitusiyaya düzəlişlərlə bağlı qanun layihəsi birinci oxunuşdan keçərək səsverməyə çıxarılıb.

 

TASS xəbər verir ki, layihədə parlamentin, Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin artırılması, başqa ölkələrin vətəndaşı olan şəxslərin yüksək dövlət vəzifəsinin tutmasının qadağan edilməsi, prezidentlik müddətinin sayının məhdudlaşdırılması kimi məsələlər nəzərdə tutulub.

 

Layihə yekdilliklə qəbul edilib: 432 deputat lehinə səs verib.

 

Növbəti addım fevralın ortalarında baş tuta biləcək ikinci oxunuşda düzəlişlərin hazırlanması olacaq.