Rusiyada kolbasa qəfildən partlayıb

Rusiyanın Tula şəhərinin sakini yerli mağazada satılan kolbasanın partladığını deyib. Bu barədə Gazeta.ru yazıb. 

 

“Kolbasana süfrəyə qoyub çay hazırlamağa getdim. Sonra isə partlayış səsi gəldi! Qorxudan az qala çaydan əlimdən düşsün!", - o, vurğulayıb.

 

Alıcının sözünə görə, kolbasanın istehsal tarixi təzə olub. 

 

Qeyd edək ki, Rusiyada bu, ilk hadisə olmayıb. Belə ki, ötən ilin sentyabr ayında  Novosibirsk şəhərində yerli sakin mağazadan kolbasa alıb. O, evə gəlib kolbasanı süfrəyə qoyduqdan sonra məhsul qəfildən partlayıb.