Rusiyada hərbi hissədə partlayış olub - Ölən və yaralananlar var

Rusiyanın Xabarovsk diyarında hərbi hissədə partlayış baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə hallar idarəsindən bildirilib.

Qeyd olunub ki, hadisə Xabarovsk diyarının Amur rayonunun Teysin qəsəbəsində qeydə alınıb.

Bildirilib ki, hadisə nəticəsində ölən və yaralananlar var və yaralılar Elban rayon hospitalına yerləşdirilib.