Rusiya və Türkiyə hərbçiləri 10 martda İdlibdəki vəziyyəti müzakirə edəcəklər

Rusiya hərbçiləri martın 10-da Ankarada türk həmkarları ilə görüş keçirəcək. RİA Novosti-nin verdiyi məlumata görə, bunu bazar ertəsi Türkiyə Müdafiə Nazirliyi açıqlayıb.

 

Tərəflər Suriyanın İdlib vilayətindəki vəziyyət və 5 mart tarixində Rusiya-Türkiyə razılaşmasının yerinə yetirilməsi yollarını müzakirə edəcəklər. 

 

Xatırladaq ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Ərdoğan İdlibdə atəşkəs və M4 şossesi boyunca Rusiya-Türkiyə patrullarının təşkili barədə razılığa gəliblər.

 

Martın 10-da iki ölkənin hərbi nümayəndələri İdlibdə martın 15-nə təyin olunan patrul xidmətinə başlamağı müzakirə edəcəklər.