Rusiya və Pakistan birlikdə terrorçuluqla mübarizə apacaq

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Rusiya və Pakistan arasında terrorçuluqla mübarizənin genişləndirilməsinə dair razılıq əldə edilib.

Bu barədə Rusiya XİN-dən məlumat verilib.

Saziş Moskvada keçirilən Rusiya-Pakistan işçi qrupunun iclası zamanı imzalanıb.

Razılıq çərçivəsində digər təhlükəsizliklə əlaqəli problemlərə qarşı da mübarizə genişləndiriləcək.

Həmçinin tərəflər terror təbliğatının yayılması ilə də mübarizəyə dair öhdəliklərini də təsdiq ediblər.