Rusiya tomat güvəsi tapılan Azərbaycan pomidorlarını geri qaytardı

Rusiya tomat güvəsi tapılan Azərbaycan pomidorlarını geri qaytardı

Rusiyanın Stavropol və  Karaçay-Çərkəz üzrə Kənd Təsərrüfatına Nəzarət İdarəsinin əməkdaşları  müvəqqəti saxlama anbarlarında karantin məhsulları aşkarlayıblar. Operativ.tv-nin Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Azərbaycandan ümumilikdə 36,5 ton çəkidə təzə pomidor  partiyası gəlib. Yoxlama zamanı  məhsullarda Cənubi Amerika tomat güvəsi aşkarlanıb. Onun mövcudluğu laborator ekspertizalarda da təsdiqini tapıb.

 

Karantin pomidorlarıın daşınması qadağanq edilib, məhsul yükü göndərənlərə geri qaytarılıb.

Facebook