Rusiya prezidenti Putin: "Kollektiv Qərb özünü tələyə salıb"

Rusiya prezidenti Vladimir Putin Rusiya məxfi kəşfiyyatının 100 illiyi münasibəti ilə Qərb ölkələri ilə bağlı qatıldığı proqramda “Kollektiv Qərb özünü tələyə salıb” deyib.
Operativ.tv CNN TÜRK-ə istinadən xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) Baş Qərargahında Rusiya məxfi kəşfiyyatının 100 illiyi münasibətilə təşkil edilən proqrama qatılan Rusiya prezidenti Vladimir Putin qərb ölkələrini hədəf alıb. Putin SVR Baş Qərargahının qarşısındakı abidənin üzərinə ölən rus kəşfiyyatçıları üçün qırmızı qərənfillər qoyub, daha sonra çıxış edib.
Rusiya kəşfiyyat xidmətinə müraciət edən Putin dünyada vəziyyətin mürəkkəb olduğunu bildirib və deyib: “Dünyada vəziyyət mürəkkəb və çox dinamik olmaqda davam edir. Yüksək qeyri-müəyyənlik faktoru çağırışlarına cavab vermək üçün bir çox naməlumlarla qeyri-adi problemləri həll etməliyik. Bu vəziyyətdə Xarici Kəşfiyyat İdarəsi və digər xüsusi xidmət orqanlarımız üçün prioritet beynəlxalq proseslərin strateji proqnozlaşdırılmasıdır. Belə təhlil real, obyektiv, etibarlı məlumatlara və ən geniş etibarlı mənbələrə əsaslanmalıdır.”