Rusiya olimpiada və dünya çempionatlarından kənarlaşdırıldı

Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiyanı beynəlxalq yarışlardan kənarlaşdırıb.

 

Bu barədə qurumun mətbuat xidmətində bildirilir. 

 

Qərara əsasən, Rusiya növbəti 4 il ərzində  böyük beynəlxalq idman tədbirlərində, o cümlədən olimpiada və dünya çempionatlarında iştirak etmək hüququndan məhrum edilir. 

 

Qeyd edək ki, məlumatı  Rusiya Antidopinq Agentliyinin (RUSADA) rəhbəri Yuri Qanus da təsdiqləyib.