Rusiya millisi Avro-2024-də oynamayacaq

Rusiya Federasiyası 2024-cü il Avropa çempionatının seçmə turnirinin püşkatma mərasiminə buraxılmayıb.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu barədə  Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko  məlumat paylaşıb. 

“Rusların hazırlaşacaqları heç nə yoxdur. Tələb olunduğu kimi, Rusiya Federasiyası oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində olmayacaq. Ən azı 2024-cü ilə qədər onlar rəsmi beynəlxalq futbol yarışlarında iştirak edə bilməyəcəklər! Avro-2024 təcavüzkar ölkəsiz keçiriləcək!" - Pavelko qeyd edib.