Rusiya MAQATE-nin İran qərarını tənqid etdi

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Rusiyanın beynəlxalq təşkilatların Vyanadakı daimi nümayəndəsi Ulyanov öz Twitter hesabında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) İdarə Heyətinin İran əleyhinə qərarını növbəti dəfə tənqid edib.

“Üç Avropa ölkəsinin (Fransa, İngiltərə və Almaniya) dəstəyi ilə MAQATE İcraiyyə Şurasının son qərarı onların Vyana danışıqlarını pozmağa cəhd etdiklərini düşünməyə əsas verir” ifadəsindən istifadə edilmişdir.
Rusiyalı diplomat MAQATE-nin İran əleyhinə qərarını “strateji səhv hesablama” kimi qiymətləndirib.
MAQATE-nin İcraiyyə Şurasında iyunun 8-də keçirilən səsvermədə 30 üzv ölkənin səsi ilə İran əleyhinə qərar qəbul edilib.
Çinin Vyanadakı BMT-dəki daimi nümayəndəsinin müavini Vanq Çanq BAEA-nın İran əleyhinə qərarını tənqid edərək, "İrana təzyiq etmək nüvə probleminin həllinə kömək etmir" bildirib.