Rusiya: İran və Argentina BRİKS-ə qoşulmaq üçün müraciət edir

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən verdiyi açıqlamada İran və Argentinanın Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın yaratdığı BRİKS ittifaqına qoşulmaq üçün müraciət etdiyini bildirib.
"Ağ Ev Rusiyanı dünyadan ayırmaq yollarını nəzərdən keçirməyə davam edərkən, İran və Argentina BRİKS-ə qoşulmaq üçün müraciət ediblər" – deyə Zaxarova Telegram hesabında bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə də dünən verdiyi açıqlamada Tehranın BRİKS-ə üzvlük üçün rəsmi müraciət etdiyini bildirib.
Argentina prezidenti Alberto Fernandez keçən həftə BRİKS+ toplantısında ölkəsinin alyansın tamhüquqlu üzvü olmaq istədiyini bildirib.
Qeyd edək ki, BRİKS üzvü olan ölkələrin əhalisi dünya əhalisinin 40 faizini təşkil edir.