Rusiya HƏMAS-dan sonra Fələstin Azadlıq Təşkilatını da Moskvaya dəvət edib

İsrail-Rusiya münasibətlərində gərginliklər fonunda Fələstin Azadlıq Təşkilatının Rəyasət Heyətinin nümayəndə heyəti Moskvaya rəsmi səfərə gedir.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Rusiyanın dəvəti ilə Fələstin Azadlıq Təşkilatının tanınmış üzvlərindən ibarət nümayəndə heyəti Moskvaya gedəcək.

Fələstin nümayəndə heyətinə tanınmış siyasətçi Təllal Naci rəhbərlik edir.

Qeyd edək ki, mayın əvvəlində Musa Əbu-Mərzuqun rəhbərlik etdiyi HƏMAS nümayəndə heyəti Moskvada səfərdə olub və Rusiya rəsmilərilə danışıqlar aparıb.

Qeyd edək ki, bu səfərlər Ukrayna müharibəsi fonunda və Rusiya-İsrail münasibətlərinin soyuq olması zamanına təsadüf edir.